İspaniyalı boksçu ilə yarımfinal qarşılaşmasında gərgin mübarizə keçdi. İnanırdım ki, finala vəsiqə qazanacağam.
BUTA.TV xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında finala yüksələn Alfonso Dominqes deyib.
Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mübarizəsində əlindən gələni etdiyini bildirib: “Hər zaman ikinci nömrədə çıxış etmişəm. Son görüşdə də bunu etdim. Nəticədə qalib gəldim”.
O, final görüşündə məqsədinin qızıl medal qazanmaq olduğunu söyləyib: “Təbii ki, məsuliyyət böyükdür. Əgər qızıl medal qazansam, bu, Azərbaycanın boks üzrə Olimpiada tarixində bir ilk olacaq".
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı