Peyvənd olunanların sayı açıqlandı

18:50 - 14 Yanvar 2022 - GÜNDƏM

 Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.ws-a verilən məlumata görə, bir gündə 28 613 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol