Hüquq-mühafizə orqanları seçkilərin ertəsi günü ölkəni bürümüş iğtişaşlar zamanı iki mindən çox etirazçını saxlayıb.
BUTA.TV xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Düşünürdülər ki, onların cinayətkar hücumları, pusquları, şiddətli iğtişaşları yenə də davam edəcək, 60 gün, 120 gün - bu onların hesablaması idi. Lakin 48 saat ərzində hərbçi və polislərin birliyinin reaksiyası sayəsində konstitusiyanın köməyi və sülh yolu ilə faşist üsyanı ilə mübarizə apardıq”, - Maduro bildirib.
Onun sözlərinə görə, saxlanılanlar ciddi rejimli Tokoron və Tokuyito həbsxanalarında saxlanılacaqlar:
“2014-cü il hadisələrindən fərqli olaraq, bu dəfə onlar bağışlanmayacaq”.
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı