Böyük Britaniya parlamentinin üzvü Priti Patel Soutport şəhərində uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşlar səbəbindən parlamentin iclasının təcili keçirilməsinə çağırış edib.
BUTA.TV xəbər verir ki, millət vəkili Priti Patel Britaniya şəhərlərində zorakı etirazları “qəbuledilməz” adlandırıb və partiya mənsubiyyətindən asılı olmayaraq bütün siyasətçiləri baş verənləri pisləməyə çağırıb.
"Tayms" nəşri həftə sonu ən azı 35 etiraz aksiyasının gözlənildiyini bildirib. Britaniya parlamenti sentyabrın 2-dək yay tətilinə çıxıb. Hökumət fövqəladə hallarda İcmalar Palatasının (aşağı palata) sədrindən tətil müddətində deputatları çağırmağı xahiş edə bilər.
Qeyd edək ki, Britaniyada üç uşağın bıçaqlanaraq öldürülməsindən sonra ifrat sağçıların etirazları geniş vüsət alır.
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı