Rubinyan Kılıçla görüşdən dərhal sonra Rudenkoya məruzə etdi

18:00 - 14 Yanvar 2022 - GÜNDƏM

 Rubinyan Kılıçla görüşdən dərhal sonra Rudenkoya məruzə etdi

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko ilə görüşüb.

Buta.ws xəbər verir ki, görüş Ermənistan nümayəndə heyətinin Türkiyə nümayəndə heyəti ilə müzakirələrindən dərhal sonra baş tutub.

Rubinyan türk nümayəndə heyəti ilə müzakirələr barədə məlumat verib.

Qeyd edək ki, bu gün Moskvada Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında ilk görüş baş tutub. 1,5 saat davam edən görüşdə Türkiyə nümayəndə heyətinə Sərdar Kılıç, Ermənistan nümayəndə heyətinə isə Ruben Rubinyan rəhbərlik edib.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol