Biz xalqımızın həyatını qorumalı və Ukrayna şərtləri ilə müharibəyə son qoymalıyıq. Rusiyanın bombalarına dəqiq cavab verən, logistikasını və bazalarını məhv edən, işğalçının torpaqlarımızda qalmasını çətinləşdirən hər belə zərbə müharibənin ədalətli sonunu yaxınlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Krımda Rusiya mövqelərinə zərbə endirilməsini şərh edərkən deyib.
Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə, xüsusən də işğalçıların Ukraynaya raket, mina və bomba atdığı yerlərə uzaq məsafədən zərbələr endirmək üçün Qərbdən icazə almalıdır:
"Bizə bu həll lazımdır ki, təsirli ola biləcək bütün silahlarla hərəkət edə bilək".
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı