Əliyev-Zelenski görüşündə prioritet nə olacaq?

15:32 - 14 Yanvar 2022 - GÜNDƏM

 Əliyev-Zelenski görüşündə prioritet nə olacaq?

Ukrayna Vətən müharibəmizdə birmənalı olaraq yanımızda oldu, Ermənistanın işğalçı siyasətinə qarşı özünü məsafəli saxladı və Qərbdən olan təyziqlərə baxmayaraq, Azərbaycanla müttəfiqlik əlaqələrini zəiflətmədi.

Bu sözləri Buta.ws-a açıqlamasında politoloq Turab Rzayev Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.

“İlham Əliyevin Zelenski ilə görüşündə bir sıra məsələlər müzakirə oluna bilər. Ukrayna Azərbaycanın xüsusi əhəmiyyət verdiyi ölkələrdən biridir. Ölkələrimiz arasında fərqli istiqamətdə inkşaf etmiş iqtisadi əlaqələr var. Hesab edirəm ki, görüşdə iqtisadi əlaqələr prioritet olacaq. Son dövrlərdə qida məhsullarının qiymət artımını nəzərə alaraq, düşünürəm ki, Ukrayna Azərbaycana ərzaq məhsullarını ixrac edən əsas ölkələrdən birinə çevrilə bilər”, - politoloq qeyd edib.

T.Rzayevin fikrincə, siyasi müstəvidə Azərbaycan və Ukranya bir-birini daim beynəlxalq müstəvilərdə dəstəkləyib:

“Ukranya və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü daim dəstəkləyiblər və hər zaman beynəlxalq normalardan çıxış ediblər. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünə hörmət edən hər bir ölkə ilə müstəqil şəkildə siyasi-iqtisadi əlaqələri inkişaf etdirir və bu, olduqca doğru yanaşmadır.

Hesab edirəm ki, liderlərin GUAM-ı aktivləşdirməsi yaxşı olardı”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol