Şəmkirdə müəllimlər bağçaya odun daşıyır - Foto

15:24 - 14 Yanvar 2022 - GÜNDƏM

 Şəmkirdə müəllimlər bağçaya odun daşıyır - Foto

Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 4 saylı uşaq bağçası və körpələr evində istilik sistemi yoxdur. Bu səbəbdən müəllimlər bağça və körpələr evini isitmək üçün odun daşıyırlar. Çinarlı qəsəbəsində işıq və qaz olduğu halda, təhsil müəssisələrində müəllim və şagirdlər soyuqdan əziyyət çəkirlər.

Bu barədə Buta.ws-a daxil olan şikayətdə bildirilib ki, sözügedən qəsəbə Şəmkir şəhər mərkəzinə yaxındır. Uşaq bağçası Şəmkir Rayon İcra Hakimiyyətinin və bələdiyyənin 40-50 metrlik məsafəsində yerləşir.

Məsələ ilə bağlı Şəmkir Rayon İH-dən saytımıza bildirilib ki, yanvarın 1-dən etibarən uşaq bağçaları yerli təhsil şöbələrinin balansına verilib.

Şəmkir rayon Təhsil Şöbəsindən saytımıza verilən açıqlamada isə qeyd olunub ki, bağçadakı problemlə bağlı rayon təhsil şöbəsinə yazılı müraciət olmalı, bundan sonra məsələ araşdırılmalıdır:

“Təhsil şöbəsi olaraq bağçaları tam şəkildə təhvil almamışıq. Hələ ki, bu proses gedir”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol