Erməni həmkarımla danışdım, təklifləri Bakıya göndərdik - Lavrov

14:24 - 14 Yanvar 2022 - GÜNDƏM

 Erməni həmkarımla danışdım, təklifləri Bakıya göndərdik - Lavrov

Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq.

Buta.ws Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Nazir bildirib ki, komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edirik:

“Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndərdik. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik”.

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır:

“Bu, sırf ikitərəfli məsələdir ki, delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.

Nazir qeyd edib ki, komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır:

"Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Bizim mövqeyimiz sadədir: biz oturub rəsmi olaraq yaradılmış komissiya çərçivəsində indi həll olunmamış bütün məsələləri həll etməliyik”.

Bununla yanaşı, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana sülhməramlılar göndərməsi fonunda Azərbaycan və Türkiyənin reaksiyalarını şərh edib:

“Rəsmi Bakı və Ankara rəsmilərinin KTMT-nin Qazaxıstandakı fəaliyyətinə qarşı yönəlmiş hər hansı əsəbi reaksiya görmədim”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol