Ermənistana qarşı tədbirlər görülməlidir - Britaniyalı deputat

13:20 - 14 Yanvar 2022 - GÜNDƏM

 Ermənistana qarşı tədbirlər görülməlidir - Britaniyalı deputat

Erməni lobbisi Azərbaycana qarşı təbliğat aparır, lakin bu cür siyasət Ermənistanın gələcəyinə qarşı işləyir.

Buta.ws xəbər verir ki, bunu Report-a Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən deyib.

O qeyd edib ki, onlar xalqın gələcəyindən daha çox öz siyasi maraqları barədə düşünürlər:

"Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar təəssüf doğursa da, təəccüb yaratmır".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət birlik nümayiş etdirməli və Ermənistana qarşı tədbirlərin görülməsi barədə məsələyə baxmalıdır.

B.Bləkmən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi layihələrində Böyük Britaniyanın iştirakının vacibliyini vurğulayıb:

"Böyük Britaniyanın minalardan təmizləmə layihələrində iştirakı, habelə bu istiqamətdə yarım milyon funt sterlinqin ayrılması iki ölkə arasında münasibətlərin həqiqətən çoxşaxəli, etibarlı və inkişaf etmiş olduğundan xəbər verir”.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin yanvarın 11-də günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdikləri təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Azər oğlu Nəzərov həlak olub.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol