Nur-Sultan əvvəlki adını qaytara bilər

12:36 - 14 Yanvar 2022 - GÜNDƏM

 Nur-Sultan əvvəlki adını qaytara bilər

Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana) qaytarılması üçün imza toplanmasına başlanılıb.

Buta.ws xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi məlumat yayıb.

Müraciət mətnində deyilir ki, 2019-cu ildə Astananın adının dəyişdirilməsi cəmiyyətdə mənfi qarşılanıb və sakinlərin özləri də gündəlik həyatda şəhərin keçmiş adından istifadə edirlər.

Fəallar həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın “dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini tələb ediblər. Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə “Respublika” adının verilməsini xahiş edirlər.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol