Azərbaycanlı rejissor Niderlandda vəfat etdi

12:20 - 14 Yanvar 2022 - GÜNDƏM

 Azərbaycanlı rejissor Niderlandda vəfat etdi

Azərbaycanlı rejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.

Kult.az Report-a istinadən xəbər verir ki, xəbər verir ki, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandin Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, R.Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə "Azərbaycanfilm"də fəaliyyətə başlayan soydaşımız müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib. O, rejissor kimi "Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət", "İnsan məskən salır", "İstintaq", "Qaynana", "Qızmar günəş altında", "Möcüzələr adası", "O olmasın, bu olsun", "Otel otağı", "Ölsəm, bağışla", "Şir evdən getdi", "Yenilməz batalyon" və digər 40-a qədər film üzərində çalışıb.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol