Bakının bir sıra mərkəzi küçələrində, metro stansiyalarının ətrafında kommersiya məqsədli idman qurğularının yerləşdirilməsi və ətrafına çoxsaylı insanların toplanması cəmiyyətdə birmənalı qarşılanmır.
“Qafqazinfo” xəbər verir ki, Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında quraşdırılmış belə qurğulardan biri müzakirələrə səbəb olub.
Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir. Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir. Buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir. Digər şəxslər isə turnikin tutacaq hissəsinin zəif sürətlə fırlandığını və bunun oradan sallanan insanı yorduğunu deyib.
Bundan başqa insanların hərəkət axınının yüksək olduğu ərazilərdə bu kimi avadanlıqların quraşdırılması, onların hansı qayda və qanunlar əsasında fəaliyyət göstərməsi də müzakirə mövzusudur. Belə ki, küçə ticarəti subyekti olan bu qurğulara hansı qurumun icazəsi əsasında fəaliyyət göstərməsi də məlum deyil.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
BŞİH-in Ticarət və xidmət departamentindən sorğumuza cava olaraq bildirildi ki, sözügedən qurğuya departament tərəfindən heç bir rəsmi icazə verilməyib: “Səyyar ticarət fəaliyyəti üçün icazə yalnız müəyyən edilmiş yerlər üçün verilə bilər”.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək