Qanuna dəyişiklik qəbul olunacağı halda "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.
O qeyd edib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək