Düşünürəm ki, qonşu, müəyyən mənada da bizim elə az qala əhalisinin yarısı Azərbaycan türkləri olduğu üçün türk dövləti saydığımız İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir.
BUTA.TV xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimizdəki ayrı-ayrı qruplardan istifadə etmək məqsədi ilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”, - o bildirib.
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi
- AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
- Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video
- Bakıda müalicə müəssisəsindən xəstələr qaçıb?
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü