Gəncə şəhərində bir neçə qanunsuz tikintinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.
Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Nizami Gəncəvi prospektində (Gəncə Hava Limanı istiqamətində), Azərbaycan əsgəri küçəsində və Gülüstan yaşayış massivində (48 saylı yaşayış binasının arxasında) qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi