Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov dörd ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi onun barəsində heç bir xəbər ala bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 şəhər və (050) 664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı