Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
BUTA.TV xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı