İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər zədələndikdən aylar sonra meydana qayıdır.
BUTA.TV xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti gənc ulduza qarşıdakı Sevilya və ya Braqa ilə matçda şans verməyi düşünür. Ançelotti ilə danışdıqdan sonra formasına qovuşacağını öyrənən Arda Gülər çox emosional olub. Göz yaşlarını saxlaya bilməyən gənc ulduz görüşdən sonra dərhal anasına zəng edib.
“Bernabeu”da ilk matçımı keçirəcəyim an gəldi. Bu ən böyük arzum idi”, - deyə o bildirib.
Arda Gülərin komandanın qarşıdakı 3 matçından birində “Real Madrid” formasını geyinəcəyi gözlənilir. Milli futbolçu “Sevilya”, “Braqa” və ya “Barselona” matçlarının birində çıxış edəcək.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Xatırladaq ki, “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Güleri icarəyə verməyi planlaşdırırdı.
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq