Azərbaycanda fəaliyyət göstərən restoran, kafe və mağazalarda ana dilimizə sayğı göstərilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.
Komitə sədrinin sözlərinə görə, dilimizə hörmət etməli, ona qarşı həssaslığımızı artırmalıyıq:
"Əgər lazımi sayğı göstərilmirsə, buna reaksiya göstərməliyik. Dilimizə hörmət edilməməsi özümüzə, dövlətə, xalqa hörmət edilməməsi deməkdir. Buna görə də həssaslığımızı artırmalıyıq. Qanunvericiliyimizdə dil məsələsi xüsusi yer alıb. Qanunun tələblərinə riayət edilməsinə çalışmalıyıq. Hətta bəzi qurumlar var ki, onların üzərinə ciddi iş düşür. Onlar bunu daha çox dərk etməlidir".
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat