Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edilməsi üçün parlamentə göndərib.
BUTA.TV xəbər verir ki, bununla bağlı erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Vladimir Putin və Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belovanın həbsinə order verilməsi ilə bağlı bəyanat verdi. Sözügedən bəyanatda Putin və Belovanın Roma Statutunun 8-ci maddəsinin (2)(a)(vii) və (2)(b)(viii) bəndlərinə zidd olaraq uşaqların işğal olunmuş Ukrayna ərazilərindən qeyri-qanuni deportasiyasına görə məsuliyyət daşıdıqları barədə ağlabatan əsasların olduğu bildirilir.
Əgər Roma Statutu ratifikasiya olunarsa, Ermənistana səfər edəcəyi təqdirdə Putin həbs edilməlidir.
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat