İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

Tarix: Siyasət

İsrail ordusu Tehranın mərkəzinə silsilə zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Onlarla hədəf, o cümlədən raket istehsal edən hərbi obyektlər və İranın nüvə silahı layihəsinin tədqiqi və inkişafına xidmət edən SPND qərargahı vurulub”, - məlumatda deyilir.

Bildirilib ki, Tehrana hücumda 60-dan çox döyüş təyyarəsi iştirak edib. İrandakı hərbi hədəfləri vurmaq üçün 120-yə yaxın sursatdan istifadə edilib.