Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə DSX-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, DSX rəisi III Çarlzla birgə atların yarışı izləyib.
Qeyd edək ki, tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətinin tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.
Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplanıb, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat