Bakıda taskilərin sayı ona görə çoxdur ki, ictimai nəqliyyat əhalinin mobilliyinin təmin olunmasında öz işini görə bilmir.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O bildirib ki, taksi çatışmayan ictimai nəqliyyatın işin görür.
“Taksinin sayı ona görə çox deyil ki, burada hanısa başqa maraq var. Hazırda taksiyə tələbat çoxdur. Taksi nəqliyyat xidmətidir və ehtiyac olduğuna görə taksilərin də sayı çoxdur.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Təklifi yaradan tələbdir və tələb də çox olduğuna görə təklif də var. Taksinin sayını ictimai nəqliyyatı təkmilləşdirməklə azaltmaq olar. Yoxsa süni şəkildə taksilərin sayını azalt və ictimai nəqliyyat da həmin vəziyyətdə qalsın, onda camaat küçələrdə qalacaq.
Ondan sonra qeyri-leqal daşımaların sayı artacaq, nəqliyyat daha pisləşəcək, vəziyyət daha da gərginləşəcək. Bundan əlavə insanlara maddi ziyan dəyəcək.
Yəni taksilərin sayı çoxdur, bunu azaldaq, filan şəhərdə taksi sayı bu qədərdir, bizdə də olsun. Belə olmur. Filan şəhərdə metrostansiyalarının sayı Bakıdan 10 dəfə çoxdur. Avtobus marşrutlarının sayı Bakıdan dəfələrlə çoxdur, tramvaylar var və ona görə də taksilərin sayı azdır. Bakıda isə vəziyyət başqa cürdür. Taksilərin sayının azaldılması nəqliyyatla bağlı problemləri artıracaq, vəziyyəti gərginləşdirəcək.
Taksilərin sayının azalması ancaq ictimai nəqliyyatın inkişafı ilə mümkün ola bilər. Əhalinin mobilliyini alternativ, daha səmərəli yollarla təmin etmək mümkün olanda, taskilərin sayı öz özünə azalacaq”, - deyə Ə.Hüseynov əlavə edib.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək