Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Təhsil nazirindən imtahanlarla bağlı mühüm açıqlama

Ölkə
Təhsil nazirindən imtahanlarla bağlı mühüm açıqlama

Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər.

 

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

 

Onun sözlərinə görə, sonuncu kurs tələbələrinin biliyinin qiymətləndirilməsi əsasən iki - yekun dövlət attestasiyası (imtahanı) və yekun buraxılış işinin yazılaraq təqdim edilməsi formasında qiymətləndirilir. Bəzi sonuncu tələbələr üçün buraxılış işinin onlayn formada, bəzi hallarda isə tələbənin iştirakı olmadan qiymətləndirilməsi nəzərdə tutulur:

 

"Amma müəyyən istisnalar da mümkündür. Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin. Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər. Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək".

 

C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi:

 

"Lakinindiki dövr üçün yekun rəy ondan ibarət oldu ki, bu tələbələr artıq özlərini ali təhsil müəssisəsində təsdiq ediblər və hər bir məktəbin tələbəsi haqqında kifayət qədər məlumat bazası var. Buna görə də yekun dövlət imtahanı verməli olan tələbələrin biliyinin onların təhsil müddətlərindəki orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi nəzərdə tutulub".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla