Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ramazan ayı başa çatır - Fitrə nə vaxtadək verilməlidir? - VİDEO

Ölkə
Ramazan ayı başa çatır     - Fitrə nə vaxtadək verilməlidir? - VİDEO

On bir ayın sultanı mübarək Ramazan ayı başa çatmaq üzrədir. Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa ibadətlər də var. Bunlardan biri də bayram gününün vacib əməli fitrə zəkatıdır. Ramazan ayı bitmədən maddi imkani normal olan hər bir müsəlman fitrə sədəqəsi verməlidir.

 

Buta.ws xəbər verir ki, bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

 

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bildirir ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

 

Fitrənin ümumi miqdarı isə ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il 10-15 manat həcmində müəyyənləşdirib.

 

İlahiyyatçının sözlərinə görə, zəkat verənlər həmin ərzaqların qiymətinə əsasən verəcəyi fitrənin məbləğini özləri də müəyyənləşdirə bilərlər.

 

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı mayın 24-nə təsadüf edir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla