Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Cəmiyyət
Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Bakı Dövlət Universitetinin bu gün keçirilən Elmi Şurasında tələbələrin gözlədiyi bir sıra qərarlar qəbul edilib:


 
"Rupor"a daxil olan məlumata görə,


1. Bakalavriat   səviyyəsində    tədris   planının   bütün    şərtlərini   yerinə   yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə   keçmiş    və   yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcəklər. 



ÜÖMG-yə uyğun olaraq yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin iyun ayının 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanı təşkil ediləcək. 



2. Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş tələbələr üçün yekun attestasiya buraxılış işinin onlayn müdafiəsi formasında həyata keçiriləcək. Tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən təhsil müddətində əldə etdiyi nəticələrə (ÜÖMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcək.



3. Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçiriləcək. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak   edə  bilməyən magistrantlar üçün magistrlik dissertasiyasının müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil ediləcək. 



4. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndiriləcək.



5. Bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar üçün yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada təşkil ediləcək. Attestasiyalarda iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən bakalavriat və magistratura səviyyələrində təhsil alanlar üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək. 



6. Hər bir fənn üzrə bütün tələbələrin cari qiymətləndirilməsi 50 bal olaraq  müəyyən ediləcək. 



7. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılacaq və sadələşdiriləcək.



8. İmtahanların nəticələri imtahanın gedişində tələbələrə elan ediləcək.



9. Tələbələrin istəyi və müraciətləri olduğu halda  cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) icmal mühazirələr də (ödənişsiz əsaslarla) təşkil olunacaq.



10. Təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni  dinləmədən akademik borcu əvvəlki semestrlərdə yaranmış iki fənn üzrə imtahanda iştirak etmək istəyənlər üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək. 



11. Tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. 



12. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla